Əsas Səhifə > Gündəm > Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılacaq
Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılacaq12-02-2021, 22:10 |
Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılır.Şəffaflıq.az məlumat verir ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd edilir ki, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaq. Qeyd olunan elektron xidmət üzrə məlumat bazasının genişləndirilməsi məqsədi ilə bələdiyyə qulluqçuları barədə məlumatların da daxil edilməsi nəzərdə tutulub. Geri qayıt |