Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır


12-02-2021, 15:59
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Şəffaflıq.az-ın xəbərinə görə, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Geri qayıt