Əsas Səhifə > Dünya > ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı

ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı


12-02-2021, 08:58

 

ABŞ hökuməti əvvəlki administrasiya tərəfindən Meksika sərhədində qanunsuz miqrantlara qarşı başlanmış divar inşasının maliyyələşdirilməsini dayandırıb və fövqəladə vəziyyəti ləğv edib.


Şəffaflıq.az xəbər verir ki, Ağ Evin açıqlamasına görə, müvafiq sərəncam prezident Cozef Bayden tərəfindən imzalanıb.

Xatırladaq ki, Meksika sərhədində 2019-cu ilin fevral ayından tətbiq edilmiş fövqəladə vəziyyət federal büdcədən əlavə vəsait ayrılmasını asanlaşdırırdı.

Geri qayıt