Əsas Səhifə > Dünya / DİGƏR ÖLKƏLƏR > Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanılıb

Rusiyadan Azərbaycana gətirilən vaxtı keçmiş balıq məhsulları saxlanılıb


8-02-2021, 21:01

 

Rusiyanın Həştərxan vilayətində Baytar Nəzarəti Məntəqəsində Azərbaycana ixrac olunacaq 5 ton dondurulmuş sazan balığı saxlanılıb.


Şəffaflıq.az xəbər verir ki, yoxlama aparılarkən balıqların yararlıq müddətinin artıq çıxdığı məlum olub. Nəticədə həmin yükün göndərilməsinə qadağa qoyulub.

Məhsulun istehsalçı müəssisəsinin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Geri qayıt