Əsas Səhifə > Dünya / Maraqlı > Avropa səması sarı rəngə boyanıb
Avropa səması sarı rəngə boyanıb8-02-2021, 08:20 |
Avropada qeyri-adi meteoroloji hadisə baş verib. Şəffaflıq.az "Novator.az" saytına istinadən xəbər verir ki, Fransa, İsveçrə, Andorra və bir neçə başqa ölkənin şəhərləri gözlənilmədən sarı rəngə boyanıb. Qarlı ərazilər, eləcə də xizəksürmə kurort məkanları isə qəhvəyi rəng alıb. Mütəxəssislər bunu Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü isti küləyin (Sirokko küləyi) Saxara səhrasından sarı, narın qum dənələri və müəyyən miqdarda kül kütləsi gətirməsi ilə izah edirlər. Xüsusilə fərqli görüntü Fransada qeydə alınıb. Ölkənin Lion şəhərində, Sona çayı sahilində bütün ərazilər, hətta səma da saralıb. Geri qayıt |