Əsas Səhifə > SİYASƏT / Dünya > Kanada Belarusda vətəndaş cəmiyyətini dəstəkləmək üçün vəsait ayıracaq

Kanada Belarusda vətəndaş cəmiyyətini dəstəkləmək üçün vəsait ayıracaq


8-02-2021, 08:11

 

Kanada hökuməti Belarusda vətəndaş cəmiyyətini dəstəkləmək üçün 2,25 milyon Kanada dolları (1,76 milyon ABŞ dolları) ayıracaq.

Şəffaflıq.az məlumat verir ki, bu barədə Kanada xarici işlər naziri Mark Qarno adından yayımlanan bəyanatda deyilir.

Qeyd olunub ki, ayrılan vəsait hüquqlarını və vətəndaş azadlıqlarını müdafiə edən Belarus vətəndaş cəmiyyətinin müxtəlifliyini, möhkəmliyini və effektivliyini gücləndirməyə kömək edəcək.

Vəsait xüsusən də müstəqil medianın dəstəklənməsi üçün xərclənəcək.

Geri qayıt