Əsas Səhifə > Hadisə / Dünya > Somalidə partlayış törədilib, 14 nəfər ölüb

Somalidə partlayış törədilib, 14 nəfər ölüb


7-02-2021, 20:15

 

Somalidə yolda basdırılan minanın partlaması nəticəsində regional kəşfiyyat şöbəsinin rəhbəri daxil olmaqla azı 14 nəfər həyatını itirib.

Şəffaflıq.az məlumat verir ki, bu barədə “Radio Dalsan” xəbər yayıb.

Hadisə Dusamareb şəhərindən təxminən 30 kilometr aralıda baş verib. Ölən Əbdürəşid Abdinurun Qalmuduq ərazisindəki kəşfiyyat şöbəsinin müdiri olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Geri qayıt