Əsas Səhifə > Dünya > BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - "Nyu York Tayms"

BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - "Nyu York Tayms"


7-02-2021, 08:42

 

BŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçiləri BƏƏ üçün Qətərə qarşı kiberhücumlar edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Nəşr yazır ki, 2014-cü ildə Əbu-Dabi rəhbərliyi yüksək maaş vəd edərək agentliyin işçilərini öz tərəflərinə çəkib:

“Agentlik işçiləri BƏƏ adına bölgə ölkələrinə kiberhücumlar həyata keçiriblər. Hücumlar əsasən, Qətərin kral ailəsindən tutmuş FİFA rəhbərlərinə kimi, BƏƏ-nin düşmən kimi gördüyü bütün şəxslərə və təşkilatlara edilib.

Bundan başqa, kiberhücumlar zamanı agentlik işçilərinin "radarına" ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yazışmaları da düşüb”.

Geri qayıt