Əsas Səhifə > Gündəm / Dünya > Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər

Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər


6-02-2021, 17:53

 

Fransada koronavirusla bağlı epidemioloji vəziyyət kəskinləşərsə, hökumət 3-cü dəfə karantin tətbiq etməyi düşünür.

Şəffaflıq.az “Ouest-France”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks müsahibəsində bildirib.

“Bu epidemiyanı üçüncü karantin tətbiq etmədən dəf edə biləcəyimizə heç kim arxayın ola bilməz. Bəli, son günlər Fransada epidemiya səngiyib.

Buna hökumətin bir neçə həftə ərzində gördüyü tədbirlər sayəsində nail ola bilmişik. Vəziyyət kəskinləşsə, yeni karantin tətbiq olunacaq”, – o deyib.

Hökumət başçısı sosial, humanitar, hətta sanitariya sahələrində mənfi fəsadlar da doğurduğu bilinən karantini “son çarə” olaraq dəyərləndirib.

Geri qayıt