Əsas Səhifə > Gündəm / İqtisadiyyat > Ötən ilin büdcə kəsiri açıqlandı
Ötən ilin büdcə kəsiri açıqlandı6-02-2021, 09:23 |
“Qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən, 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib”. Şəffaflıq.az xəbər verir ki, bunu Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub: “İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub. 2020-ci ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra edilib. Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyard 631 milyon manat və ya 48,4 faiz azdır”. Geri qayıt |