Əsas Səhifə > Hadisə / Dünya > Myanmanın devrilmiş prezidenti naməlum yerə aparılıb

Myanmanın devrilmiş prezidenti naməlum yerə aparılıb


6-02-2021, 09:21

 

Çevriliş zamanı hərbçilər tərəfindən həbs edilmiş Myanma Prezidenti Vin Myin prezident sarayından başqa binaya aparılıb, devrilmiş dövlət başçısının yeri məlum deyil.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Demokratiya Uğrunda Milli Liqa” (NLD) Partiyasının ictimaiyyətlə əlaqələr komitəsinin rəhbəri U Çji To bildirib.

“Prezident ailəsi ilə birlikdə prezident iqamətgahından başqa bir evə köçürülüb”, - o, feysbukda yazıb.

Digər paylaşımında o bildirib ki, dövlət katibi (faktiki Myanmanın Baş naziri) Aun San Su Çji sağ-salamatdır və əvvəlki kimi ölkənin paytaxtı Neypyido şəhərindəki igamətgahında dustaq kimi saxlanılır.

Geri qayıt