Əsas Səhifə > Hadisə > Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı qəzaya düşdü
Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı qəzaya düşdü26-04-2019, 23:51 |
Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova qəzaya düşüb. Şəffaflıq.az bildirir ki, hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aktrisa ilə birgə yanındakı qadın da xəsarət alıb. Ona kəllə-beyn travması diaqnozu qoyulub. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Heç birinin həyatı üçün təhlükə yoxdur. M.Xanlarova yardım göstəriləndən sonra evə buraxılıb. Qəzanın necə baş verdiyi bəlli deyil.Hurriyyyet.org Geri qayıt |