Əsas Səhifə > İqtisadiyyat / Dünya > Dünyada ərzaq qiymətləri ən yüksək həddə çatıb
Dünyada ərzaq qiymətləri ən yüksək həddə çatıb5-02-2021, 07:53 |
Dünya üzrə ərzaq məhsullarının qiymətləri bahalaşmaqda davam edir. Şəffaflıq.az BMT-nin Ərzaq və Kənd Təssərrüfatı təşkilatına (FAO) istinadən bildirir ki, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında dünya birjalarında ərzaq xammallarının qiyməti 4.3% artıb. Təşkilatın hesabatında qeyd olunur ki, hazırda ərzaq məhsulları indeksi 2014-cü ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Ən çox bahalaşan isə dənli bitkilər, xüsusən də qarğıdalıdır. Geri qayıt |