Əsas Səhifə > Gündəm / Dünya > Britaniyada koronavirusdan ölüm sayı 110 mini ötüb

Britaniyada koronavirusdan ölüm sayı 110 mini ötüb


5-02-2021, 07:45

 

Böyük Britaniyada son sutka ərzində 915 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 110 250 nəfərə çatıb.


Şəffaflıq.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 20 634 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 892 459 nəfərdir.

Səhiyyə nazirliyindən bildirilib ki, hazırda 10,5 milyona yaxın insan koronavirusa qarşı peyvəndin ilkin dozasını qəbul edib.

Geri qayıt