Əsas Səhifə > Dünya / Mədəniyyət > Misirdə qızıl dilli mumiyalar tapılıb
Misirdə qızıl dilli mumiyalar tapılıb4-02-2021, 08:55 |
Arxeoloqlar Misirin şimalında 2000 illik tarixi olan qızıl dilli mumiyalar aşkar ediblər. Şəffaflıq.az BBC-yə istinadən xəbər verir ki, İskəndəriyyədə Taposiris Maqna məbədində işləyən Misir-Dominikan alimlərindən ibarət qrup qayaüstü məzarlıqda 16 qəbir aşkarlayıblar. Bu cür dəfnlər Yunan və Roma dövründə məşhur olub. Bu günə qədər zəif qorunub saxlanılan mumiyaların kəllələrinin içərisində, ağızlarında qızıl dillər tapılıb. Qədim Misir inancına görə, dillər şəklində qızıl falqa ilə hazırlanmış bu amuletlər mərhuma sonrakı həyatda tanrı Osirisin hökmündən əvvəl danışa bilməsi üçün lazım olacaqdı. Qədim Misirlilər Osirisin yeraltı aləmin hökmdarı və ölülərin hakimi olduğuna inanıblar. Bu tanrı karton qutuda suvaq, kətan və yapışqan təbəqələrindən hazırlanmış bir material üzərində qızıl bəzəklərdə də təsvir edilib. Santo-Dominqo Universitetinin aparıcı arxeoloqu Ketlin Martines bildirib ki, mumiyalardan biri qismən eyni tərkiblə örtülüb. İkinci mumiyanın başının ətrafındakı karton qutuda zərli bəzəklərdə tac, buynuz və kobra təsvir olunub. Araşdırma zamanı həmçinin Yunan və Roma dövrünə aid qadın üçün cənazə maskası, mərmər maskalar tapılıb. Geri qayıt |