Əsas Səhifə > Gündəm / Dünya > İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik katibi ilə Qarabağı müzakirə edib
İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik katibi ilə Qarabağı müzakirə edib3-02-2021, 11:39 |
Türkiyə prezident sözçüsü İbrahim Kalın ABŞ-ın yeni Milli Təhlükəsizlik katibi Ceyk Sullivanla telefon danışığında Qarabağ məsələsini də müzakirə edib. Şəffaflıq.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər yayıb. Bildirilir ki, 1 saat davam edən telefon danışığı zamanı Türkiyə-ABŞ arasında ikitərəfli əlaqələr başda olmaqla, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan və COVID-19-la bağlı da fikir mübadiləsi aparılıb. Geri qayıt |