Əsas Səhifə > Gündəm / Dünya > Rusiyalı alim: “COVID-19-a qarşı hər kəsin vaksinasiya olunmasına ehtiyac duyulacaq”

Rusiyalı alim: “COVID-19-a qarşı hər kəsin vaksinasiya olunmasına ehtiyac duyulacaq”


2-02-2021, 14:48

 

Gürcüstan, İslandiya, Rumıniya və bəzi digər ölkələr artıq COVID-19-a qarşı peyvənd vurdurmuş əcnəbi vətəndaşların ölkələrinə girişlərinə icazə verəcəklərini elan ediblər. Avropa İttifaqı koronavirusa qarşı vahid peyvənd sertifikatını təsdiqləməyə hazırlaşır.

“Covid pasportları” və ya “sertifikatlar” koronavirus pandemiyasının yayılmasını dayandırmağa kömək edəcəkmi? Müxtəlif qiymətləndirmələr var. Məsələn, İsraildə belə sənəd altı aylıq verilir.

Rusiya Ali Səhiyyə Təşkilatı və İdarəetmə Məktəbinin rəhbəri, tibb elmləri doktoru Gözəl Ulumbekova bununla bağlı suallarını cavablandırıb.

O bildirib ki, “Antikovid pasportları”ndan danışarkən üç komponenti anlamalıyıq:

“Birincisi, peyvənd olunduğumuzu təsdiqləyən sənəddir. İkincisi, hansı əlavə imkanlar yaradır? Bəlkə bəzi məhdudiyyətləri qaldırır? Üçüncüsü, bu cür pasportlar əhalini vaksinasiya olmağa sövq edəcəkmi?”

Müsahibin sözlərinə görə, vasksinasiya ilə bağlı sənədin olması zəruridir.

“Sovet dövründən bəri poliklinika kartlarında hansı peyvəndlərin vurulduğu qeyd edilən əlavələr var idi. Sonra peyvəndlənmənin mövcudluğunun nə verdiyini anlamalısınız”, - deyə o bildirib.

Mərkəzin rəhbəri İsraildə sənədin altı aylıq etibarlılıq müddətini də düzgün addım adlandırıb:

“Bu gün elmi dəlillər peyvənddən sonra, elə sağalanlarda da yaranan immunitetin ən azı səkkiz ay davam etdiyini göstərir. Bəlkə daha uzundur, ola bilər ki, yeni məlumatlar ortaya çıxdıqda immunitetin iki il davam edəcəyini öyrənə bilərik. Ancaq hələ ki, altı-səkkiz ay müddətindən danışa bilərik”.

Həkim bu pasportun mövcudluğunun verə biləcəyi əlavə preferensiyalar haqqında da danışıb. Onun sözlərinə görə, bu, karantin müddətini qısalda bilər, yaxud xarici ölkəyə gedərkən koronavirus infeksiyasının olmaması barədə arayış təqdim etməyə ehtiyac qalmayacaq, sadəcə “antikovid pasportu”nun göstərilməsi kifayət edə bilər.

Tibb elmləri doktoru peyvəndin əslində insan orqanizmini ağır fəsadlara səbəb ola biləcək xəstəlik riskindən qoruduğunu bildirib. O, vaksinasiyanın həm də yaxınları və həmkarları virusa yoluxdurma riskinin əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb. Həkim vaksinasiyanı həm də cəmiyyət qarşısında məsuliyyət adlandırıb.

“Əhalinin 75%-i vaksinasiya və ya xəstəliyi keçirmə nəticəsində ilin sonuna qədər immunitetə sahib olmasa, normal həyata qayıda bilməyəcəyik. Yeri gəlmişkən, vaksindən sonrakı effekt xəstəlikdən sonrakından daha aydındır, buna görə hər kəsin vaksinasiya olunmasına ehtiyac duyulacaq, sadəcə xəstəliyi keçirənlər peyvənd vurdurmağı bir az təxirə sala biləcəklər”, - deyə Gözəl Ulumbekova vurğulayıb.


Şəffaflıq.az
Geri qayıt