Əsas Səhifə > SİYASƏT / Dünya > ABŞ Myanmanı sanksiyalarla təhdid edir

ABŞ Myanmanı sanksiyalarla təhdid edir


2-02-2021, 14:45

 

Bu gün BMT Təhlükəsizlik Şurası Myanmadakı vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.

Şəffaflıq.az bildirir ki, bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki, öz növbəsində ABŞ rəsmiləri 2010-cu illərin əvvəllərində bu ölkəyə qarşı dayandırılan sanksiyaların bərpa oluna biləcəyini bildirib.

Bu barədə Ağ Evin mətbuat katibi Jen Psaki də açıqlama ilə çıxış edib:

“Bildiyiniz kimi, Birləşmiş Ştatlar son on ildə demokratiyaya doğru irəliləməsini nəzərə alaraq Myanmaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmişdi. Lakin bu irəliləyişdən imtina etmək sanksiyaların bərpasını nəzərdən keçirməyimizi tələb edir”.

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Geri qayıt