Əsas Səhifə > SİYASƏT / Dünya > Çinli politoloq: “ABŞ Britaniya imperiyası ssenarisi ilə tənəzzül edəcək”
Çinli politoloq: “ABŞ Britaniya imperiyası ssenarisi ilə tənəzzül edəcək”2-02-2021, 12:13 |
Çinin Tsinhua Universitetinin Pekin Beynəlxalq Münasibətlər İnstitunun dekanı Yan Syuetun ABŞ-ın tezliklə tənəzzülə uğrayacağını açıqlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb. Politoloqun fikrincə, sözügedən hal çox güman ki, uzun illər dünyanın ən qüdrətli supergücü olan Britaniya imperiyasının süqutu yolu baş verəcək. “Zamanla bütün imperiyalar tənəzzülə uğrayacaq, növbəti minillikdə heç nə dəyişməyəcək. Böyük supergüclər üç mərhələni yaşayır: başlanğıc, durğunluq və tənəzzül”, - deyə Syuetun bildirib. Ekspert həmçinin qeyd edib ki, gələcəkdə ABŞ ilə Çin arasındakı qarşıdurma texnoloji üstünlük zəminində inkişaf edə bilər. Geri qayıt |