Əsas Səhifə > SİYASƏT / Dünya > ABŞ Şimali Koreya ilə bağlı siyasətinə yenidən baxacaq
ABŞ Şimali Koreya ilə bağlı siyasətinə yenidən baxacaq2-02-2021, 12:02 |
ABŞ prezidenti Cozef Bayden Koreya yarımadasının nüvəsizləşdirilməsində daha səmərəli vasitələr müəyyənləşdirmək üçün komandasından Şimali Koreya üzrə milli təhlükəsizlik baxımdan siyasətinə bütün istiqamətlərdə yenidən baxmağı istəyib.Şəffaflıq.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. Onun sözlərinə görə, Pxenyana münasibətdə yeni təzyiqlər tətbiq oluna bilər, bura gələcəkdə müttəfiqlərlə razılaşdırılmış sanksiyaların tətbiq edilməsi, eləcə də diplomatik stimullar daxildir. Qeyd edək ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar 2019-cu ilin fevralında Vyetnamın paytaxtı Hanoy görüşündən sonra dalana dirənib. Geri qayıt |