Əsas Səhifə > Digər > DİN-in Şəxsi Heyətlə İş İdarəsinə yeni rəis təyin edilib
DİN-in Şəxsi Heyətlə İş İdarəsinə yeni rəis təyin edilib2-02-2021, 11:58 |
Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib. DİN-in mətbuat xidmətindən təyinatla bağlı faktı APA-ya təsdiqləyiblər. Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib. Geri qayıt |