Əsas Səhifə > Gündəm / SOSİAL MÜDAFİƏ > Parlamentdə Tarif Şurasının qərarına etirazlar
Parlamentdə Tarif Şurasının qərarına etirazlar2-02-2021, 00:05 |
Deputat Tahir Kərimli parlamentin yaz sessiyasının ilk iclasında çıxış edərək Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etirazını bildirdi. Millət vəkili ölkə konstitusiyasına istinadən bildirdi ki, həmin maddələr vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. “Nə haqla Tarif Şurası vətəndaşların rifah halının məhdudlaşdırır? Hansı haqla? Biz təcili Tarif Şurasını ləğv etməliyik”, - T.Kərimli əlavə etdi. Deputat qeyd etdi ki, əks təqdirdə deputatlara məlumat verilməlidir, Baş nazirin rəhbərliyi ilə vəziyyətdən çıxış yolunun tapılması müzakirə edilməlidir. “Biz heç bilmirik nə vaxt bahalaşma olacaq. Cənab prezidentin rəhbərliyi altında görülən bu qədər böyük işlərə kölgə salmaq düzgün deyil”, deputat əlavə etdi. Deputat Erkin Qədirli də həmkarının dedikləri ilə bağlı münasibətini bildirdi: “Bəli, Tarif Şurası parlamentin nəzarətindən kənar büdcəyə müdaxilə edən qurumdur. Büdcəyə müdaxilə olmamalıdır. Mən demirəm ki, Tarif Şurası ləğv olunmalıdır. Təklif edirəm ki, biz bu məsələyə baxaq və ehtiyac olarsa, cənab prezidentə də təkliflər təqdim olunsun”. Şəffaflıq.az Geri qayıt |