Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu
Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu1-02-2021, 19:02 |
"Azərxalça" ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb. Həmçinin həmin sektor ləğv edilib. Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib. Geri qayıt |