Əsas Səhifə > ELM VƏ TƏHSİL > İşdən çıxarılan nazir müavini danışdı - "Bu, zarafat məsələ deyil"
İşdən çıxarılan nazir müavini danışdı - "Bu, zarafat məsələ deyil"1-02-2021, 19:00 |
Təhsil nazirinin müavini işdən çıxması ilə bağlı açıqlama verib. Şəffaflıq.az-ın "Unikal.org"-a istinadən məlumatına görə M.Vəliyeva bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Bir müddət öncə vəzifəmdən ayrılmaq qərarını verdim. Bu, zarafat məsələ deyil. Səhhətimdə yaranan problemə görə istefa verdim. Hazırda sağlıq durumum yaxşıdır. Müalicəm davam edir”. Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Xatırladaq ki, Məhəbbət Vəliyevanın tutduğu vəzifədən azad olunması bərədə "AzPolitika.info" təxminən bir ay öncə məlumat vermişdi. Geri qayıt |