Əsas Səhifə > Hadisə / Dünya > Suriyada növbəti terror aktları: ilkin məlumata görə 10 ölü, 24 yaralı

Suriyada növbəti terror aktları: ilkin məlumata görə 10 ölü, 24 yaralı


1-02-2021, 09:17

 

Suriyanın şimalındakı Azez və Bab şəhərlərində terror hücumları baş verib.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Əvvəlcə Azezin şəhər mərkəzi, Suriya Müvəqqəti Höküməti binası və Azez Mədəniyyət Mərkəzinin yanında avtomobilə yerləşdirilmiş bomba partladılıb.

Partlama nəticəsində 4 nəfər vəfat edib, 20 nəfər xəsarət alıb.

Bir qədər sonra isə Bab şəhərinin 5 kilometr şərqində yer alan Zərzur bölgəsindəki avtomobil yoxlanış məntəqəsində də partlayış meydana gəlib.


Partlayış 6 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.

Ölü və yaralı sayısının artması gözlənilir.

Geri qayıt