Əsas Səhifə > Gündəm / Dünya > ABŞ-da nəqliyyatda maska taxmaq məcburi oldu

ABŞ-da nəqliyyatda maska taxmaq məcburi oldu


31-01-2021, 22:51

 

ABŞ hökuməti nəqliyyatda maska taxmağı məcburi edib.  

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili Təhlükəsizlik Nazirliyi bildirib.

“Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) TSA-nın yoxlama məntəqələrində və bütün kommersiya və ictimai nəqliyyat sistemində maskaların taxılmasını tələb edəcək”, - məlumatda deyilir.

Bu tədbirlər Prezident Co Baydenin Fərmanı əsasında həyata keçirilib.

De-fakto ABŞ-ın demək olar hər yerində nəqliyyatda maska taxmaq tələb olunur. Bununla yanaşı, bir qayda olaraq, federal hakimiyyət orqanları iş yerində, mağazalarda, məktəblərdə, küçələrdə və s. yerlərdə maskanın taxılıb-taxılmamasını müəyyən edən yerli hakimiyyət orqanlarına təsir edə bilməz.

Geri qayıt