Əsas Səhifə > Mədəniyyət > Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var


30-01-2021, 08:31

 

Bir müddətdir ki, səhhətində ciddi problemlər yaşayan Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə  xəstəxanaya yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti hazırda həkim nəzarətindədir.

Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova öz açıqlamasında Rəmişin vəziyyətinin hələ də ağır olduğunu bildirib: “Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən (srağagün-red.) axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın”.


Şəffaflıq.az
Geri qayıt