Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əmək kitabçalarına ehtiyac qalmayacaq - RƏSMİ
Əmək kitabçalarına ehtiyac qalmayacaq - RƏSMİ29-01-2021, 22:07 |
“Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq”. Şəffaflıq.az məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib. O qeyd edib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb: “Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”. O qeyd edib ki, ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır. Geri qayıt |