Əsas Səhifə > Dünya > ABŞ Senatı Donald Trampın impiçmentinin müzakirəsini təxirə saldı
ABŞ Senatı Donald Trampın impiçmentinin müzakirəsini təxirə saldı27-01-2021, 08:17 |
ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmentinin müzakirəsini fevralın 9-a qədər təxirə salıb. Şəffaflıq.az məlumat verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib. Qeyd edilir ki, qərar yekdilliklə qəbul edilib. Daha əvvəl CNN telekanalı bildirib ki, keçmiş dövlət başçısı Donald Tramp hüquqşünaslarla impiçment üzrə prosedurda müdafiə strategiyası haqqında danışıqlar aparır. ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib. Seçkilərdə Demokratlar Partiyasının namizədi Cozef Bayden qalib gəlib, lakin Tramp nəticələri tanımayıb. Yanvarın 6-da Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına hücum ediblər. Nəticədə parlamentin ötən seçkilərin nəticələrini təsdiq etməli olan iclası yarımçıq qalıb. Bundan sonra Konqres Baydenin qələbəsini rəsmən təsdiqləyib və Trampı Kapitolidə zorakılıqda ittiham edib. Yanvarın 13-də Konqresin Nümayəndələr Palatası Trampın impiçmenti haqqında qətnamənin qəbuluna səs verib. Sənədə Senat tərəfindən fevralda baxılacaq. Geri qayıt |