Əsas Səhifə > Maraqlı > 10 yaşlı uşaq öldü - İtaliya hökuməti TikTok-a qarşı hərəkətə keçir

10 yaşlı uşaq öldü - İtaliya hökuməti TikTok-a qarşı hərəkətə keçir


27-01-2021, 00:03
 İtaliyada on yaşlı uşağın ölümündən sonra hökumət TikTok qısa videolar servisinə qarşı sərt addımlar atmaq qərarına gəlib.
Şəffaflıq.az ted.az-a istinadən bildirir ki, onlayn platformada yaşını birmənalı şəkildə isbat edə bilməyən istifadəçilərin hesabları dondurulacaq.
Hökumətin məlumatına görə, bu qərar hələlik fevralın 15-dək qüvvədə olacaq. TikTok-dan müştərilərin qeydiyyatı qaydalarına müvafiq düzəliş etməsi tələb olunub.
İtaliyanın Siciliya adasındakı Palermo şəhərində 10 yaşlı uşaq Blackout Challenge adlı yarışda iştirak edib. "Oyun"un şərtlərinə görə, iştirakçılar özlərini boğmalı, mümkün qədər uzun müddət hava almadan olduqları vəziyyəti videoya çəkməlidirlər. Ev xalatının kəməri ilə özünü boğan uşağı tapan valideynləri onu xəstəxanaya çatdırsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
TikTok platformada hesab açmaq üçün minimum yaş həddini 13 olaraq müəyyən etsə də, bunun üçün ciddi nəzarət mexanizmləri mövcud deyil və 10 yaşlı uşaq maneəsiz şəkildən qeydiyyatdan keçib.
Hazırda Palermo Şəhər Prokurorluğu intihar həddinə çatdırma maddəsi ilə cinayət işinə başlayıb və 10 yaşlı Antonellanın mobil telefonu təhqiqat üçün götürülüb.
Avropada təxminən 100 milyon istifadəçinin qeydiyyatdan keçdiyi TikTok platformasının baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada üzvlərin təhlükəsizliyinin onlar üçün ən mühüm prioritet olduğunu elan edib.
Onlayn platforma azyaşlının ölümünə görə açılan cinayət işində rəsmi qurumlarla əməkdaşlığa hazır olduğunu da bəyan edib.

Geri qayıt