Əsas Səhifə > Dünya > ABŞ-ın yeni dövlət katibi bəlli oldu

ABŞ-ın yeni dövlət katibi bəlli oldu


26-01-2021, 23:28

 

ABŞ Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri postuna namizədliyini təsdiqləyib.

Şəffaflıq.az bildirir ki, “RİA Novosti” agentliyi bu barədə senatdakı səsvermənin nəticələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Entoni Blinken ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yaxın tərəfdaşlarından biri hesab olunur.  

O, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin birinci müavini və dövlət katibinin birinci müavini vəzifələrində çalışıb.

Geri qayıt