Əsas Səhifə > Gündəm > Baş nazir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır"
Baş nazir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır"26-01-2021, 00:14 |
"Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir".Şəffaflıq.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib. Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir. Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir". Geri qayıt |