Əsas Səhifə > SİYASƏT / Dünya > Aİ-dən kənara peyvənd daşınması məhdudlaşdırılacaq
Aİ-dən kənara peyvənd daşınması məhdudlaşdırılacaq25-01-2021, 22:44 |
Avropa İttifaqına (Aİ) üzv ölkələrin koronavirusa qarşı peyvəndə olan tələbatı ödənilməyincə yerli istehsal olan belə dərmanların kənara axını nəzarətə götürüləcək. Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbə bildirib. “Avropa Komissiyası Aİ ərazisində istehsal olunan peyvəndin qeyri-üzv ölkələrinə tədarük hallarının siyahısını tərtib etmək niyyətindədir. Yeni qayda yaxın günlərdə qüvvəyə minəcək və ən azı rübün sonunadək qüvvədə olacaq”, - deyə mənbə qeyd edir. Bununla belə humanitar məqsədlər üçün dərman tədarükü üçün lisenziyalar müntəzəm veriləcək. Qeyd edək ki, artıq lisenziya verilən “Pfizer” şirkəti, sonra isə bənzər lisenziya gözləyən “Astra Zeneca” cari ilin birinci rübündə Aİ ölkələrinə artıq razılaşdırılmış və haqqı ödənilmiş dərman tədarükü həcmini xeyli ixtisar edəcəklərini açıqlayıblar. Nəticədə bəzi ölkələr peyvəndləməni ləngitməli oldular, İtaliya hökuməti isə “Pfizer” şirkətini məhkəməyə verəcəklərini açıqlayıb. Geri qayıt |