Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar aparılacaq
Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar aparılacaq25-01-2021, 11:01 |
![]() Şəffaflıq.az "Rosselxoznadzor"un saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər. Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur. Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir. Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir. Geri qayıt |