Əsas Səhifə > RƏSMİ XƏBƏR > Bu qadağalar ləğv edilir
Bu qadağalar ləğv edilir25-01-2021, 00:23 |
Yanvarın 25-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarla bir sıra məhdudiyyətlər götürüləcək. 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək: - ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla); - bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); - muzey və sərgi zallarının fəaliyyəti; - şəhərlərarası və rayonlararası hərəkət. 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq. Şəffaflıq.az Geri qayıt |