Əsas Səhifə > Gündəm / Dünya > Çin 28 ABŞ rəsmisinə sanksiya tətbiq edib - ADLAR
Çin 28 ABŞ rəsmisinə sanksiya tətbiq edib - ADLAR23-01-2021, 23:24 |
Co Baydenin ABŞ-ın 46-cı Prezidenti kimi and içməsindən bir neçə dəqiqə sonra Çin, Pekinin suverenliyini pozduğu üçün keçmiş dövlət katibi Mayk Pompeo və Tramp administrasiyasının digər səlahiyyətliləri də daxil olmaqla, 28 amerikalıya qarşı sanksiya tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Rəsmi Pekin bunu ABŞ və Çin arasındakı əlaqəni "ciddi şəkildə pozan" "dəli addımlar" atdıqları ilə izah edib. Çin tərəfindən saksiya tətbiq edilən amerikalılar arasında D.Trampın keçmiş müşaviri Con Bolton və Ağ Evin keçmiş baş strateqi də var. Sanksiyaya məruz qalan şəxslərin və onların yaxın ailə üzvlərinin Çinə, Honq Konq və Makaoya girişi qadağan edilib. Çinin Xarici İşlər naziri Van İ bildirib ki, onların və onlarla əlaqəli şirkət və qurumların da Çinlə ticarət etmələri qadağandır. Nazir açıqlamasında bildirir ki, ABŞ-dakı Çin əleyhdarı olan siyasətçilər Çinin daxili işlərinə ciddi müdaxilə edir, Çinin mənafelərinə xələl gətirir, Çin xalqını təhqir edir və Çin-Amerika əlaqələrini ciddi şəkildə pozmaqla bir sıra “dəli addımlar” planlaşdırır, təbliğ edir və həyata keçirir: “Çin, Çinin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinə aid məsələlərdə bu cür hərəkətlərinə görə əsas məsuliyyəti daşıyan 28 şəxsə qarşı sanksiya tətbiq etməyə qərar verib”.Bunların arasında Mayk Pompeo, Peter C. Navarro, keçmiş prezident Donald Trampın Milli Təhlükəsizlik məsləhətçisi Robert O'Brayn, David Stilvell, Metyu Pottinqer, Aleks Azar II, Keyt Kraç, Kelly DK Kraft, Stiven Bannon da var. Bəyanat, Tramp administrasiyasının Pekinin uzaq qərb bölgəsindəki uyğurlara və digər müsəlmanlara qarşı soyqırım törətdiyini elan etməsindən bir gün sonra verilib. Baydenin ABŞ Prezidenti vəzifəsinə başlamasından bir gün əvvəl, keçmiş Dövlət katibi M.Pompeo, Sincanda baş verən vəhşiliklərlə əlaqədar olaraq Dövlət Departamentinə araşdırma aparmağı və müvafiq məlumat toplamaq tapşırığı verib. Yeni Dövlət katibi Antony J.Blinken, Pompeonun Çinin uyğurlara qarşı tətbiq etdiyi təzyiqləri soyqırımı elan etməsi ilə razılaşdığını söyləyib. Şəffaflıq.az Geri qayıt |