Əsas Səhifə > SİYASƏT / Dünya > “ABŞ daxili problemləri ilə məşğul olsun” - Rusiya XİN
“ABŞ daxili problemləri ilə məşğul olsun” - Rusiya XİN23-01-2021, 19:00 |
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı verdiyi bəyanata münasibət bildirib. Şəffaflıq.az-ın məlumatına görə, nazirlik bildirib ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır: “ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb. İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizə baxın və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”. Geri qayıt |