Əsas Səhifə > Gündəm / REGİON > İsmayıllı rayon rəhbərliyinin Vətən Müharibəsinin qəhrəmanları və onların ailələri ilə görüşləri davam edir
İsmayıllı rayon rəhbərliyinin Vətən Müharibəsinin qəhrəmanları və onların ailələri ilə görüşləri davam edir23-01-2021, 15:05 |
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları bu dəfə rayonun Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər. Pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yollarından danışaraq öz təəsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər. Qeyd edək ki hər üç kənddə yaşayan 6 hərbi qulluqçumuz Vətən Müharibəsi döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edilib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır və bu cür görüşlərin davamlı olması nəzərdə tutulur. Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |