Əsas Səhifə > Hadisə / Dünya > Vladimir Zelenski Ukraynada milli matəm elan etdi
Vladimir Zelenski Ukraynada milli matəm elan etdi23-01-2021, 10:17 |
Ukrayna prezidenti Vladimir Zelenski Xarkovda qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb. Şəffaflıq.az xəbər verir ki, sənəd dövlət başçısının saytında yayılıb. "21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş verən və insan tələfatına səbəb olan yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərara alıram: 23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun", - fərmanda deyilir. Prezident matəm günü Ukraynanın hər yerində rəsmi qurumlarda, yerli hakimiyyət orqanlarında, dövlət müəssisələrində, digər müəssisə və təşkilatların binalarında dövlət bayraqlarının endirilməsinə, əyləncə və konsert tədbirlərini ləğv etməyə, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər etməyə qərar verib. Geri qayıt |