Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi
Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi22-01-2021, 18:19 |
Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib. Bu barədə Şəffaflıq.az "Report"a istinadən məlumat verir. Bildirilib ki, Y.Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib. Qeyd edək ki, Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı. Geri qayıt |