Əsas Səhifə > SƏHİYYƏ / SAĞLAMLIQ > Şamaxı rayonunda Covid-19 vaksinləşmə işlərinə başlanıb.-FOTO\VİDEO
Şamaxı rayonunda Covid-19 vaksinləşmə işlərinə başlanıb.-FOTO\VİDEO21-01-2021, 23:39 |
Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.Şəffaflıq.az xəbər verir ki,Vaksinləşmə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə “Şamaxı Mülicə-Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında təşkil edilmişdir. Mərkəzdə vaksinləşmə prosesinə 3 peyvənd, 3 gözləmə, 1 qeydiyyat və 1 təcili yardım otağı ayrılmışdır. İlkin mərhələdə peyvədləmə əsasən Səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları və müxtəlif xroniki xəstəlikləri olan şəxslər cəlb ediləcəkdir.Şamaxıda ilk olaraq vaksinləşmə prosesinə Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Ehtiram Rüstəm-zadə cəlb olunmuşdur. Peyvənd vurulduqdan sonra o, özünü yaxşı hiss etdiyini, vaksinin heç bir yan təsiri olmadığını bildirmiş, əhalini bu prosesə qoşulmağa dəvət etmişdir ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.Fəhmin Vüqaroğlu. Şamaxı rayonu Şəffaflıq.az Geri qayıt |