Əsas Səhifə > Gündəm > “Elmlər Akademiyası” metrosunun hasarlanmasının səbəbi AÇIQLANDI

“Elmlər Akademiyası” metrosunun hasarlanmasının səbəbi AÇIQLANDI


21-01-2021, 14:06

 

Metronun “Elmlər Akademiyası” stansiyası üzərində yerləşən inzibati binada bərpa işlərinə başlanılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qurumun “Elmlər Akademiyası” stansiyası üzərində yerləşən inzibati binasının fasadları bərpa edilir:

“Stansiyanın ətrafı piyadaların təhlükəsizliyi məqsədilə hasarlanıb. Təmir işlərinin “Elmlər Akademiyası” metrostansiyasına heç bir aidiyyəti yoxdur”.

“Yaxın günlərdə “Bakı Metropoliteni”nin fəaliyyətinin bərpası istiqamətində Nazirlər Kabineti yanında operativ qərargahın qərarı olarsa, sərnişinlərin stansiyadan istifadəsinə, təhlükəsiz giriş-çıxışlarına müvafiq şərait yaradılacaq”, - deyə B.Məmmədov qeyd edib.


Şəffaflıq.az
Geri qayıt