Əsas Səhifə > İqtisadiyyat > Düşmən Azərbaycan ərazisində daha 16 kiçik SES tikəcək...

Düşmən Azərbaycan ərazisində daha 16 kiçik SES tikəcək...


18-04-2019, 23:01
 Xankəndindəki qondarma separatçı-terrorçu rejim 2019-cu ildə Azərbaycanın işğal altındakı torpaqlarında 6 kişik Su Elektrik Stansiyası istifadəyə verəcək. 
Şəffaflıq.az Moderator.aza istinadən xəbər verir ki, bu haqda rejimin “parlament”i hesab edilən qanunsuz saxta qurumun növbəti iclasında oyuncaq başçı B.Saakyan bəyan edib. Onun sözlərinə görə, ümumiyyətlə, yaxın  illərdə Azərbaycan torpaqlarında sülənən erməniləri fasiləsiz elektrik enerjisi ilə yüksək səviyyədə təmin etmək üçün 19 kiçik SES tikilməsi planlaşdırılır. 
Xatırladaq ki, qondarma rejim əsasən Sərsəng su anbarındakı SES, Laçın və Kəlbəcər rayonundakı dağ çayları üzərində qurulmuş kiçik SES-lər sayəsində elektrik enerjisi ilə təmin edilir. Rejim məmurlarının iddiasına görə, hətta 2018-ci ilin sonundan artıq qalan  enerjini Ermənistana da ötürür.

Geri qayıt