Əsas Səhifə > Gündəm / Dünya > Pekində koronavirusun “Britaniya ştammı” tapıldı: Rəsmilərdən xəbərdarlıq

Pekində koronavirusun “Britaniya ştammı” tapıldı: Rəsmilərdən xəbərdarlıq


21-01-2021, 08:22

 

Çinin paytaxtı Pekin şəhərində ilk dəfə koronavirusun “Britaniya ştammı” aşkar edilib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə Pekin şəhərinin Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktor müavini Pan Sinxo bildirib.
P.Sinxo bildirib ki, şəhərin Dasin rayonunda “Britaniya ştammı”na iki təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Rəsmilər həmçinin son 14 gündə Dasin rayonunda olmuş hər kəsi dərhal koronavirusun nuklein turşusu testindən keçməyə və test cavabları hazır olana qədər şəhərdə və ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün Pekindən ayrılmamağa və çox sayda insanla əlaqə qurmamağa çağırıblar.

Geri qayıt