Əsas Səhifə > REGİON / Cəmiyyət > Şamaxıda 20 Yanvar şəhidləri anılıb.-FOTO\VİDEO
Şamaxıda 20 Yanvar şəhidləri anılıb.-FOTO\VİDEO20-01-2021, 23:55 |
20 Yanvar faciəsinin 31-ci il dönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilmişdir. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon icra hakimiyyəti, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatlarının kollektivləri "Şamaxı Qazilər Birliyi"-nin Şamaxı rayon şöbəsi, və ictimaiyyət nümayəndələri sosial izolyasiya qaydalarına uyğun şəkildə Şəhidlər xiyabanını ziyarət etmişdir. Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur. Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklərə düzülmüşdür. 20 Yanvar facisəni xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri Sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, buna nail olmadığını bildirmişlər. Əksinə məhz bu gün millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət etmişdir. Mərasimdə Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilmişdir. Şamaxı şəhəri Şəffaflıq.az Geri qayıt |