Əsas Səhifə > Maraqlı > “Şirin peşmək planeti” alimləri heyrətə gətirdi

“Şirin peşmək planeti” alimləri heyrətə gətirdi


20-01-2021, 09:14

 

Alimlər qəribə bir planetin varlığı ilə bağlı mübahisə edirlər. Belə ki, onu təşkil edən mümkün materiallar hər kəsi heyrətə gətirir və elm tərəfindən inkar olunur.

Qəribə dünya barədə məlumatlar “Astronomical Journal” tərəfindən nəşr olunub. Astronomlar sözügedən planetin pambıq və ya şirin peşmək kimi bir materialdan təşkil olunduğunu bildirirlər. Araşdırmada Almaniya, Yaponiya, Kanada və ABŞ alimləri iştirak ediblər.

Rəsmən “WASP-107 b” adlanan peşmək planet Qız bürcündə, Yerdən 212 işıq ili məsafədə yerləşir. O, 2017-ci ildə kəşf olunub.

Elə ilk günlərdən planetin sıxlığı astronomlarda ciddi maraq doğurub. Ölçüsünə görə Yupiterə yaxın olan planet, çəkisinə görə ondan 10 dəfə yüngüldür.

Üç il ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, planetin 85%-i müxtəlif qazlardan ibarətdir. Onun ortasında isə sərt nüvə yer alır.

Şəffaflıq.az

Geri qayıt