Əsas Səhifə > Gündəm / Dünya > Donald Tramp vida müraciəti ilə çıxış edib
Donald Tramp vida müraciəti ilə çıxış edib20-01-2021, 08:43 |
ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib. Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olduğunu elan edib. ABŞ rəhbəri “Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, - deyə vurğulayıb. Bununla da o, ilk dəfə olaraq Baydenin seçkilərdə qələbəsini etiraf edib. Ağ Ev başçısı bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və ondan da çoxunu həyata keçirib. Vaşinqton administrasiyasının hazırkı rəhbərinin sözlərinə görə, o, ABŞ hakimiyyətinin xalq qarşısındakı məsuliyyətini bərpa edib. Bununla yanaşı, Amerikanın ölkənin daxilində və hüdudları xaricində gücü bərpa olunub. Trampın sözlərinə görə, o, ABŞ-ın başqa ölkələrlə ittifaqını bərpa edib və Birləşmiş Ştatlar Çinə qarşı əvvəllər heç vaxt olmayan səviyyədə dayanıb. Siyasətçi vurğulayıb ki, onilliklər ərzində ABŞ-ın heç bir müharibə başlamayan birinci prezidentidir. O, yanvarın 6-da keçirilən mitinqdə özünün çıxışından sonra Konqresin binasına edilən hücumu yenidən pisləyib. "Mən çərşənbə günü günorta hakimiyyəti yeni administrasiyaya verməyə hazırlaşıram, istəyirəm siz biləsiniz ki, bizim başladığımız hərəkat yalnız başlanğıcdır", - deyə o əminliyini büruzə verib. Qeyd edək ki, yanvarın 20-də ABŞ-da ölkənin yeni prezidenti Co Baydenin inauqurasiyası keçiriləcək. Birləşmiş Ştatlarda prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçirilib. Geri qayıt |