Əsas Səhifə > Dünya > Fransada müsəlmanlara qarşı yeni məhdudiyyətlər

Fransada müsəlmanlara qarşı yeni məhdudiyyətlər


19-01-2021, 19:37

 

Fransada hazırlanan yeni qanun layihəsi müsəlmanların dini azadlıqlarını bir az da məhdudlaşdıracaq.

Şəffaflıq.az xəbər verir ki, Milli Məclisdəki komissiyada təhlil olunan 51 maddəlik “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən prinsiplə” hazırlanan qanun layihəsi müsəlmanların həyatının, demək olar ki, bütün sferalarına məhdudiyyətlər gətirəcək.

Fransa Prezidenti Emmanuel Makronun ötən ilin oktyabrın 2-də “islamçı ayrı-seçkiliklə mübarizə” olaraq təqdim etdiyi, sərt reaksiyalardan sonra “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən prinsiplər” olaraq dəyişdirilən qanun layihəsi ibadət, təhsil, evlilik kimi həyatın hər sferasına gətirdiyi məhdudiyyətlərlə ölkədəki müsəlmanları özgələşdirir.

Qanunun xüsusən müsəlmanların ibadət yerləri olan məscidlər və bu məscidlərin idarəçiliyinə görə məsuliyyət daşıyan dərnəklərə müdaxilə cəhdi diqqət çəkir.

Geri qayıt