Əsas Səhifə > Gündəm / Maraqlı > Qarabağda nar bağları salınacaq
Qarabağda nar bağları salınacaq19-01-2021, 19:23 |
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Azərbaycanın işğaldan azad edilmiş rayonlarında nar bağlarının salınması barədə danışıb. F.Qaraşov açıqlamasında bildirib ki, assosiasiya həmin ərazilərdə bağların salınması ilə bağlı fəaliyyətə başlamaq arzusundadır: “Erməni işğalından azad edilmiş Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait mövcuddur. Biz də həmin ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox zəngin olan torpaqlardır. Sözügedən ərazilərdə sovet dövründə narçılıq təsərrüfatı olub”. “Məqsədimiz odur ki, investorlar cəlb etməklə həmin ərazilərdə nar bağları salaq. Ölkə üzrə nar bağlarının sahəsi 22 700 hektardır. Yaxın 5 il ərzində də nar bağlarının sahəsini 5 min hektar artırmaq fikrindəyik”, - deyə sədr əlavə edib. Şəffaflıq.az Geri qayıt |