Əsas Səhifə > ELM VƏ TƏHSİL > Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama
Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama19-01-2021, 16:14 |
Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib. Nazirlikdən bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır. “Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir. Şəffaflıq.az Geri qayıt |